Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Birləşmiş Ərəb Əmirliklərinin əsasını qoymuş şeyxin orijinal portreti yaradılıb

11 Yanvar 2018
Abu-Dabidə tələbələr Birləşmiş Ərəb Əmirliklərinin əsasını qoymuş Şeyx Zayed bin Sultan Al Nahyanın orijinal portretini hazırlayıblar. Belə ki, portretdə günəş enerjisi ilə işləyən 2500 lampadan istifadə edilib.

AZƏRTAC xəbər verir ki, aksiyada əmirliklərin hamısından 282 tələbə iştirak edib. Onlar dayanıqlı inkişaf və enerjiyə qənaət mövzusunda dərsə qulaq asıblar. Otuz dəqiqə davam etmiş bu dərs dinləyicilərin sayına görə ən böyük dərs olub və Ginnesin Rekordlar Kitabına daxil ediləcək. Dərsi “Liter of Light” qeyri-kommersiya təşkilatını icraçı direktoru, 2015-ci ilin “Zayed Future Energy Prize” mükafatının laureatı İllak Anjelo Diaz aparıb.

Bu il - “Zayed ili”ndə keçirilən bu aksiyanın təşəbbüskarı “Zayed Future Energy Prize” mükafatının təşkilat komitəsidir.