Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Media nümayəndələri Azərbaycan Memarlıq və İnşaat Universitetində imtahanların gedişini izləyiblər

11 Yanvar 2018
Yanvarın 11-də Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 2017-2018-ci tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün mediatur təşkil edilib.

AZƏRTAC xəbər verir ki, mediaturda universitetin rəhbərliyi, Milli Məclisin deputatları, ictimai təşkilatların nümayəndələri, təhsil ekspertləri və KİV mənsubları iştirak ediblər. Mediatur təhsilin keyfiyyətinin artırılması və neqativ hallarının aradan qaldırılması, eləcə də imtahan sessiyasının obyektiv və şəffaf şəraitdə keçirilməsi barədə ictimaiyyəti məlumatlandırmaq məqsədilə təşkil olunub.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqlara universitetdə aparılan islahatlar, görülən işlər və yeniliklər haqqında, imtahan sessiyasının gedişi barədə ətraflı məlumat verib. Rektor qeyd edib ki, universitetdə imtahan sessiyasının gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apellyasiya Komissiyası yaradılıb. İmtahan sessiyası fevralın 1-dək davam edəcək. İmtahan sessiyası təsdiq olunmuş imtahan cədvəlinə uyğun yazılı və test üsulu ilə keçirilir.

Sonra iştirakçılar universitetin bir neçə auditoriyasında imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.