Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

AZƏRTAC-ın fotomüxbirinin növbəti uğuru

10 Yanvar 2018
Azərbaycanlı fotoqraf, AZƏRTAC-ın fotomüxbiri İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyasının Əməkdar Rəssamı (Excellence FIAP) fəxri adına layiq görülüb.

FİAP (Beynəlxalq Foto Sənəti Federasiyası) dünyada UNESCO tərəfindən tanınmış yeganə fotoqrafiya təşkilatıdır. Bu qurumun fəxri adlarının təsis edilməsi haqqında qərar 1954-cü ildə qəbul olunub. Bu ada elə fotoqraflar layiq görülür ki, onların işləri FİAP-ın himayəsi altında keçirilən beynəlxalq müsabiqələrdə bədii və texniki ustalıq baxımından bəyənilmiş olsun.

2017-ci il dekabrın 31-də FİAP-ın Direktorlar Şurasının yekdil qərarı və Bədii Komissiyanın səs çoxluğu ilə İlqar Cəfərova Excellence FIAP (EFIAP) fəxri adı verilib.

Qeyd etmək lazımdır ki, AZƏRTAC-ın fotomüxbirinin işləri FİAP-ın himayəsi altında keçirilən sərgilərdə 300 dəfədən çox nümayiş etdirilib. İlqar Cəfərov Beynəlxalq Foto Sənəti Federasiyası tərəfindən dünyanın müxtəlif ölkələrində təşkil olunan fotomüsabiqələrdə iştirak etdiyi dövrdə (2015-2017-ci illərdə) 36 mükafata layiq görülüb.

Xatırladaq ki, 2016-cı ilin noyabr ayında İlqar Cəfərova Beynəlxalq Foto Sənəti Federasiyasının Rəssamı (AFIAP) adı verilib.