Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İtaliyada ən pis futbolçu üçün təsis olunan “Qızıl zibil qabı - 2017” Qabriel Barbozaya verilib

09 Yanvar 2018
Portuqaliyanın “Benfika” futbol komandasında icarə şərtləri ilə oynayan İtaliyanın “İnter” klubunun hücumçusu Qabriel Barboza A seriyası üzrə ötən ilin ən pis futbolçusu hesab edilib.

AZƏRTAC xəbər verir ki, bu futbolçuya “Qızıl zibil qabı – 2017” anti-mükafatı verilib.

Braziliyalı futbolçu 2016-cı ildə 33,5 milyon avro müqabilində “İnter” klubuna transfer edilib, lakin komandanın start heyətində bir dəfə də olsun oyuna çıxmayıb və cəmi bir qol vurub.