Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“France Football” jurnalı Zidanı 2017-ci ildə Fransanın ən yaxşı məşqçisi adlandırıb

09 Yanvar 2018
“France Football” jurnalı “Real” futbol klubunun baş məşqçisi Zinəddin Zidanı 2017-ci ildə Fransanın ən yaxşı məşqçisi adlandırıb.

AZƏRTAC xəbər verir ki, 2017-ci ildə “Real” komandası Zidanın məşqçiliyi ilə ardıcıl olaraq ikinci dəfə Çempionlar Liqasında, ikinci dəfə Avropa Superkubokunda, İspaniya çempionatında, İspaniya Superkubokunda və ardıcıl olaraq ikinci dəfə klublararası dünya çempionatında qalib gəlib.

Səsvermə jurnalistlər arasında keçirilib.