Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İnsanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək yeni texnologiya hazırlanır

09 Yanvar 2018
Bioinformatika ilə məşğul olan “Adaptive Biotechnologies” şirkəti tədqiqatlarını yeni səviyyəyə qaldırmaq üçün “Microsoft” ilə səylərini birləşdirib.

AZƏRTAC “hi-news.ru” saytına istinadla xəbər verir ki, hər iki şirkətin mütəxəssisləri insanın immun sistemini müəyyənləşdirməyə kömək edə biləcək texnologiyaların konsepsiyasını hazırlayırlar. Onlar insanın immun sisteminin ətraflı “xəritəsini” təşkil etməyi planlaşdırıblar. “Xəritənin” köməyi ilə orqanizmdə baş verən bütün qeyri-normal dəyişiklikləri görmək və fiksasiya etmək mümkün olacaq. Bu, həkimlərə maksimal dəqiq diaqnoz qoymağa imkan verəcək.