Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türk əsilli rejissorun filmi “Qızıl qlobus” mükafatına layiq görülüb

08 Yanvar 2018
Türk əsilli rejissor Fatih Akının filmi “Qızıl qlobus” mükafatına layiq görülüb.

AZƏRTAC Türkiyə KİV-lərinə istinadla xəbər verir ki, rejissorun “İn The Fade” (“Paramparça”) filmi “Əcnəbi dildə ən yaxşı film" nominasiyasında qalib olub.

Almaniya və Fransanın birgə istehsalı olan filmin baş rolu Diane Kruger ifa edib. Aktrisa filmdəki ifasına görə ötən ilin may ayında Kann festivalında “Ən yaxşı aktrisa” mükafatını qazanıb.

Qeyd edək ki, ABŞ-ın Los-Anceles şəhərində 75-ci “Qızıl qlobus” mükafatının təqdimetmə mərasimi keçirilib.