Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biz veteranlar dövlətin qayğısını hər an hiss edirik

07 Yanvar 2018
 

Sovet İttifaqı dağıldıqdan sonra İkinci Dünya müharibəsi veteranları demək olar ki, tamamilə unuduldu. Hətta Xalq Cəbhəsinin hakimiyyəti dövründə onlara düşmən mövqeyindən yanaşan da oldu.

Ancaq ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə gəldikdən sonra veteranlara diqqət və qayğı yenidən bərpa olundu və bu münasibət bu gün də davam etdirilir.  Prezident İlham Əliyevin təşəbbüsü ilə II Dünya müharibəsi iştirakçıları qayğı ilə əhatə olunmaqla yanaşı, hər il faşizm üzərində qələbənin ildönümü ölkəmizdə təntənə ilə keçirilir. Eləcə də hər il müharibə veteranlarına birdəfəlik maddi yardım edilir.

Qazax rayonunda da müharibə veteranlarına böyük qayğı ilə yanaşılır. Rayonun rəhbər orqanlarının nümayəndələri tez-tez bizimlə görüşür, vəziyyətimizlə maraqlanır, ehtiyaclarımızın ödənilməsinə çalışır. Hazırda kəndimizdə 1941-1945-ci illər müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidə-kompleksində təmir-bərpa işləri görülür. Abidəyə “İkinci Dünya müharibəsində həlak olmuş və itkin düşmüş Daş Salahlı kənd sakinləri” lövhəsi də əlavə edilib. Müharibədə həlak olmuş və ya itkin düşmüş kənd sakinlərinin adları və soyadları mərmər üzərində həkk olunub. Kompleksin ətrafı genişləndirilərək abadlaşdırılıb. Hazırda abidə ətrafında yaşıllaşdırma işləri davam etdirilir.

Hörmətli redaksiya!

Bizə - İkinci Dünya müharibəsi veteranlarına göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edir, ona gündən-günə çiçəklənən müstəqil Azərbaycanın inkişafı naminə daha böyük uğurlar arzulayırıq.

 

Fərhad QOCAMANOV,

Yolçu ƏLİYEV,

Qazax rayonu, Daş Salahlı kəndinin sakinləri,

İkinci Dünya müharibəsi iştirakçıları