Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsveçrə alimləri ekoloji təmiz enerjinin alınması üçün yeni metod hazırlayıblar

06 Yanvar 2018
İsveçrə alimləri osmotik enerji - ekoloji təmiz enerjinin alınması üçün şirin və duzlu sudan istifadə etməklə yeni metodu araşdırıblar.

AZƏRTAC “gearmix.ru” saytına istinadla xəbər verir ki, osmotik elektrik enerjisi Lozannada Federal Politexnik Məktəbinin (EPFL) tədqiqatçıları tərəfindən hazırlanıb. EPFL tədqiqatçılar qrupu “Nature” jurnalında elmi işin nəticələrini dərc edərək bildiriblər ki, bu enerji istehsalı “disulfid” kimi tanınan yeni materialdan istifadə nəticəsində əldə olunub.

Alimlərin sözlərinə görə, osmotik enerji texnologiyası real olarsa, bu, gələcəkdə təmiz enerji istehsalı üçün geniş perspektivlər açacaq. Çünki külək və günəş energetikası havadan və günün vaxtından çox asılı olduğu halda, osmotik energetika üçün yalnız suyun mövcudluğu kifayətdir.