Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yosunlardan hazırlanmış plastır insulin iynəsini əvəzləyəcək

05 Yanvar 2018
ABŞ-ın Merilend ştatının Milli Biotibbi Vizualizasiya və Biomühəndislik İnstitutunda çalışan tədqiqatçılar qanda həll olunan və bir neçə gün qlükozanı lazımi səviyyədə saxlayan yeni növ kristal birləşmələr yaradıblar.

AZƏRTAC “point.md/ru” saytına istinadla xəbər verir ki, tədqiqatçılar qanda qlükozanın miqdarının daim ölçülməsi üçün və insulin inyeksiyalarını əvəzləyəcək ağrısız xüsusi plastır hazırlayıblar. Plastırın əsasını qonur yosunlardan ifraz olunan “alqinat” adlı maddə təşkil edir.

Analoqlarından fərqli olaraq, həmin maddə qanda uzun müddət qalmaqla bir neçə gün orqanizmdə dövr edə bilir.