Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Uşaqlarda xroniki böyrək çatışmazlığı əlamətsiz inkişaf edən problemdir

05 Yanvar 2018
Uşaqlarda uroloji problemlərin əksəriyyəti anadangəlmə patologiyalarla bağlı səbəblərdən irəli gəlir. Belə patologiyalar gec aşkarlandıqda və ya mövcud problemə səhlənkar yanaşdıqda fəsad yaranır. Bununla yanaşı böyrəklər zədələnir, onların hüceyrələri ölməyə başlayır və böyrək çatışmazlığı inkişaf edir. Belə hallarla qarşılaşmamaq üçün zamanında həkimə müraciət etmək vacibdir. Mövcud problemin vaxtında və düzgün müalicəsi gələcəkdə yarana biləcək ağır fəsadların qarşısının alınması üçün ən effektiv profilaktik üsuldur.

Respublika Müalicəvi Diaqnostika Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, uşaqlarda xroniki böyrək çatışmazlığı əlamətsiz inkişaf edən problemdir. Xəstəliyin qarşısını almaq üçün sadə bir sidik analizi ilə belə olduqca gərəkli məlumatları əldə etmək olar.