Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nigeriyada məsciddə törədilən terror aktı nəticəsində azı 14 nəfər həlak olub

03 Yanvar 2018
Yanvarın 3-də səhər saatlarında Nigeriyada terrorçu-kamikadzenin məsciddə özünü partlatması nəticəsində azı 14 nəfər həlak olub, çoxlu sayda yaralı var.

AZƏRTAC “lemonde.fr” saytına istinadla bildirir ki, hadisə Nigeriya ilə Kamerun sərhədində yerləşən Qamboru şəhərində baş verib. Terrorçu-kamikadze səhər namazından bir qədər əvvəl müsəlman dindarların arasına girərək üzərindəki partlayıcı qurğunu işə salıb.

Terror aktına görə məsuliyyəti heç bir təşkilat öz üzərinə götürməsə də, hadisənin “Boko haram” qruplaşmasının silahlıları tərəfindən törədildiyi ehtimal edilir.