Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İsmayıllı rayonunda zəlzələ olub

01 Yanvar 2018
 

Yanvarın 1-də İsmayıllı rayonu ərazisində zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, yerli vaxtla saat 06:49-da qeydə alınan zəlzələnin maqnitudası 3,3 bal olub.

Ocağı 10 kilometr dərinlikdə yerləşən zəlzələ hiss edilməyib.