Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə silsilə tədbirlər keçirilib

31 Dekabr 2017
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı ilə əlaqədar Əlahiddə Ümumqoşun Ordu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrində, birlik, birləşmə, hərbi hissə və xüsusi təyinatlı hərbi təhsil müəssisələrində, mərkəzi və qarnizon zabitlər evlərində silsilə bayram tədbirləri keçirilib.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bayram münasibətilə yerli icra hakimiyyəti orqanları, dövlət və qeyri-hökumət təşkilatları, veteranlar, ictimaiyyət nümayəndələrinin iştirakı ilə şəxsi heyətlə görüşlər, viktorinalar, mədəni-kütləvi, vətənpərvərlik və idman tədbirləri keçirilib, onlara bayram sovqatları çatdırılıb.

Şəxsi heyət bayramlarla əlaqədar şəhid məzarlarını ziyarət edib, şəhid və yaralıların ailələrinə baş çəkilib, onların övladlarına sovqatlar və hədiyyələr təqdim olunub.

Təntənəli mərasimlərdə Həzi Aslanov adına Mərkəzi Zabitlər Evinin, Gəncə Qarnizonu Zabitlər Evinin və rayon mədəniyyət şöbələrinin yaradıcı kollektiləri şəxsi heyət qarşısında maraqlı konsert proqramları ilə çıxış ediblər.