Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli fərmanı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibi”ndə və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə

31 Dekabr 2017
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 18 dekabr tarixli 54 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1521; 2015, № 11, maddə 1309; Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 25 dekabr tarixli 431 nömrəli Fərmanı) ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının Müdafiə Nazirliyi haqqında Əsasnamə”də, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin strukturu”nda, “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və mülki işçilərinin ümumi say tərkibi”ndə və “Azərbaycan Respublikasının Müdafiə Nazirliyində ali hərbi rütbəli vəzifələrin siyahısı”nda dəyişikliklər təsdiq edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 dekabr 2017-ci il