Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda geyim qaydaları dəyişdirilir

30 Dekabr 2017
Tehranda geyim qaydalarını pozan şəxslər artıq həbs edilərək məsuliyyətə cəlb olunmayacaqlar.

Bu barədə açıqlama verən Tehran polisinin rəhbəri, general Hüseyn Rəhimi bildirib ki, əxlaq polisi reydlər keçirib başını örtməyən qadınları polis şöbəsinə aparmayacaq.

Generalın sözlərinə görə, İslam geyim qaydalarına əməl etməyənlər məcburi qaydada mühazirəyə dəvət olunacaqlar. Əxlaq polisi tərəfindən təşkil olunan mühazirələrdə qaydanı pozanlara İslam qaydası ilə geyinməyin faydaları və mənəvi dəyərləri haqqında danışılacaq. Bir sözlə, polis bu məsələni zor gücü ilə deyil, təbliğat yolu ilə həll etməyə çalışacaq.