Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

TürkPA-nın baş katibi: Azərbaycan qlobal dialoq mərkəzinə çevrilib

29 Dekabr 2017
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Türkdilli Ölkələrin Parlament Assambleyasının (TürkPA) baş katibi Altınbek Mamayusupov ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görüşdə tərəflər Assambleyanın hazırkı və gələcək fəaliyyətinə toxunaraq, üzv ölkələr arasında parlamentlərarası əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar. Bu xüsusda, TürkPA-nın üzv dövlətlər arasında mövcud ortaq tarix, mədəniyyət və etnik bağlılıq əlaqələrinin daha da möhkəmləndirilməsi üçün mühüm platforma rolu oynadığı vurğulanıb.

Söhbət zamanı, həmçinin TürkPA-nın digər parlamentlərarası əməkdaşlığa məsul təşkilatlarla əlaqələrinə dair müzakirələr aparılıb.

Görüşdə A.Mamayusupov Azərbaycanın son illər ərzində artan nüfuzu, bir sıra mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməsi faktını diqqətə çatdırıb, Azərbaycanın qlobal dialoq mərkəzinə çevrildiyini bildirib.