Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji valyuta ehtiyatları 13,3 faiz artıb

29 Dekabr 2017
Strateji valyuta ehtiyatları noyabrın sonuna ilin əvvəlinə nəzərən 13,3 faiz (5 milyard dollar) artaraq 42.6 milyard ABŞ dolları təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının 2018-ci il və ortamüddətli dövr üçün pul siyasətinin əsas istiqamətləri barədə bəyanatında deyilir.

Mərkəzi Bankın valyuta ehtiyatları isə 32 faiz artaraq 11 ayın sonuna 5.2 milyard ABŞ dolları olub. Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasının başlıca mənbələri xarici valyutada dövlət zəmanəti ilə və valyuta girovu ilə verilmiş kreditlərin qaytarılması olub.

Valyuta bazarında təklifin tələbi üstələməsi şəraitində manat ilin əvvəlindən 4 faiz möhkəmlənib ki, bu da inflyasiya gözləntilərinə və dollarlaşmaya azaldıcı təsir göstərib. Valyuta bazarında təklifin tələbi üstələməsi, büdcəyə valyuta transfertlərinin reallaşması ilə bağlı çətinliklər şəraitində fiskal sektorun likvidliyə olan tələbatı pul bazasının artımına və monetar şəraitə təsir göstərən əsas amil olub. 2017-ci ilin 11 ayında pul siyasətinin əsas əməliyyat hədəfi olan manatla pul bazası 10.5 faiz artıb.