Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Cüdo üzrə Azərbaycan çempionatına yekun vurulub

28 Dekabr 2017
Bakı İdman Sarayında kişilər, qadınlar və usta cüdoçular arasında təşkil olunan Azərbaycan çempionatına yekun vurulub. Üç gün davam edən respublika çempionatında bütün qaliblər müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, yarışın sonuncu günündə kişilər arasında 100 kq və 100 kq-dan yuxarı çəki dərəcələrində ölkə çempionları məlum olub. Adil Kərimli və Şahin Qəhrəmanov bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar.

Usta cüdoçuların mübarizəsində isə bütün yaş qrupları və çəki dərəcələrində qaliblər bilinib.

Komanda yarışlarında “Neftçi” birinci, “Atilla” ikinci, Uşaq Gənclər İdman Məktəbi isə üçüncü olub.

Qaliblərə mükafatı Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov təqdim edib.

Azərbaycan Cüdo Federasiyasının dəvəti ilə respublika çempionatının daha şəffaf keçirilməsində yaxından iştirak etmiş Avropa Cüdo İttifaqının Hakimlər Komitəsinin rəhbər üzvlərinə xatirə hədiyyələri təqdim olunub.