Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Ali Neft Məktəbinin gənc mühəndisi hərbi təyinatlı robot hörümçək hazırlayıb

28 Dekabr 2017
Bakı Ali Neft Məktəbində (BANM) proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisası üzrə bakalavr təhsili alan üçüncü kurs tələbəsi Cahandar Zeynallı artıq neçə aydır ki çox maraqlı ideya üzərində çalışır. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkında (YTP) çalışan gənc mühəndis təhlükəsizlik məqsədləri üçün istifadə edilən, hərbi təyinatlı robot hörümçək hazırlayıb. Belə ki, həmin hörümçək ərazinin səthinin müxtəlifliyindən asılı olmayaraq istənilən yerdə hərbçilərə təhlükəsiz şəraitdə mina axtarmaqda kömək edəcək. Hörümçəyin fəaliyyəti uzaqdan idarəetmə pultu ilə tənzimlənir.

BANM-dən AZƏRTAC-a bildiriblər ki, hazırda hörümçək robotun üçüncü prototipi üzərində çalışan C.Zeynallı, eyni zamanda, öz komandası ilə birlikdə pilotsuz uçan təyyarələrin elektronikası üzərində işləyir. Gələcəkdə gənc mühəndis təhlükəsizlik məqsədilə istifadə oluna biləcək “elektroşoker” adlı cihazın hazırlanmasına da başlamaq niyyətindədir.