Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyi qeyd olunub

28 Dekabr 2017
Dekabrın 28-də Bakı Slavyan Universitetində (BSU) “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalının 70 illiyinə həsr edilmiş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, BSU-nun rektoru, professor Nurlana Əliyeva jurnalın fəaliyyəti barədə məlumat verib.

Qeyd olunub ki, “Azərbaycanda rus dili və ədəbiyyatı” jurnalı elmi-metodik əhəmiyyətini saxlamaqla, həm də mədəni-ictimai nəşr kimi böyük maraq doğurur. Jurnal ölkəmizdə rus dilinin istifadəsi və işlənməsi dairəsini, rus ədəbiyyatı və mədəniyyətinin xalqımızın ictimai-mədəni həyatı və şüurunda yerini, xalqlarımız arasında tarixi və müasir əlaqələri və s. məsələləri əhatə edir, gündəmdə saxlayır.

Tədbirdə Milli Məclisin deputatı, tanınmış yazıçı-publisist Elmira Axundova və digər çıxış edənlər jurnalın ötən illər ərzindəki fəaliyyətini yüksək dəyərləndiriblər.