Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər son dərəcə təhlükəsiz kompüter yaradıblar

27 Dekabr 2017
ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat Layihələri Agentliyi (DARPA) son dərəcə təhlükəsiz kompüterin yaradılmasına qrant ayırıb. Qrantı aparat komponentlərinin yaradılmasına yeni yanaşma təklif etmiş Miçiqan Universiteti alıb.

AZƏRTAC cnews.ru saytına istinadla xəbər verir ki, Miçiqan Universiteti aparat səviyyəsində haker hücumlarına qarşı son dərəcə dayanıqlı olan kompüter yaratmaq üçün DARPA-dan 3,6 milyon məbləğində qrant alıb.

“Morpheus” adlı layihənin ideyası kompüterin proqram və ya aparat təminatına edilən istənilən hücum cəhdinin qarşısını almaqdır. “Morpheus” kompüterinin aparat komponentləri müəmmalı bilməcəni xatırladacaq. Sistemdə mövcud olan bütün informasiya sürətli və təsadüfi formada müxtəlif komponentlər üzrə yenidən paylaşdırıla bilər.

“Kompüterə hücum cəhdləri kubik-rubiki yığmaq cəhdini xatırladacaq, bu halda siz hər dəfə göz qırparkən mən onu yenidən dəyişdirəcəyəm”, - deyə Miçiqan Universitetinin professoru Tod Ostin bildirib.