Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənovdan

26 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident.

Sizi doğum gününüz münasibətilə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası adından və şəxsən öz adımdan ürəkdən təbrik edir, ən səmimi arzu və diləklərimi çatdırıram.

Uğurlu siyasətiniz və liderliyinizlə Azərbaycan Respublikası regionun ən inkişaf etmiş ölkəsinə çevrilib və hər ötən gün dünya səhnəsində yerini və nüfuzunu daha da möhkəmləndirir.

Eyni zamanda, Sizin Türk Şurasına daimi dəstəyinizi məmnuniyyətlə qeyd edir və vurğulayıram ki, verdiyiniz mühüm töhfələr nəticəsində türk dünyasının birliyi, bərabərliyi daha da möhkəmlənib və çoxtərəfli əlaqələrimiz yeni mərhələyə qədəm qoyub.

Zati-aliləri, bu xoş fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, firavanlıq, ailə səadəti diləyir və ali dövləti fəaliyyətinizdə yeni uğurlar arzulayıram.

Dərin hörmətlə,

 

 

Ramil Həsənov

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi