Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanovdan

26 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən, fəal xarici siyasət yürüdən, terrorizmə və ekstremizmə qarşı mübarizə, konfessiyalararası dialoqun inkişafı sahəsində mühüm təşəbbüslər irəli sürən qardaş Azərbaycan xalqının uğurları bizi sevindirir.

Ölkələrimiz və xalqlarımız arasında strateji tərəfdaşlıq, dostluq və qarşılıqlı anlaşma münasibətlərinin inkişafına, parlament xətti üzrə əməkdaşlığın və regionlararası əlaqələrin fəallaşmasına Sizin şəxsi töhfənizi biz çox yüksək qiymətləndiririk.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq, Azərbaycan xalqının rifahı naminə çoxşaxəli fəaliyyətinizdə yeni zəfərlər arzu edirəm.

Səmimi hörmətlə,

 

İlyas Umaxanov

Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini