Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi, BMT İnkişaf Proqramının rezident nümayəndəsi, BMT-nin Əhali Fondunun nümayəndəsi Qulam İshaqzaidən

26 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

İzn verin, doğum gününüz münasibətilə Sizə Birləşmiş Millətlər Təşkilatı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi və xoş arzularımı çatdırım.

Fürsətdən istifadə edərək, Sizə möhkəm cansağlığı, xoşbəxtlik, tükənməz enerji, eləcə də ölkənizin və xalqınızın rifahı üçün göstərdiyiniz səylərdə davamlı uğurlar arzulayırıq.

Bu il BMT və Azərbaycan Respublikası arasında tərəfdaşlığın 25-ci ildönümü qeyd olundu. Bununla əlaqədar vurğulayıram ki, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq üçün Azərbaycan hökuməti ilə tərəfdaşlıq şəraitində birgə fəaliyyət göstərməyə hazırdır.

Sizi əmin edirəm ki, BMT Azərbaycan xalqının rifahı və təhlükəsiz gələcəyi naminə fəaliyyətinizin davam etdirilməsi və gücləndirilməsi üçün qarşılıqlı əməkdaşlığı davam etdirməyə hazırdır.

Zati-aliləri, Sizə dərin hörmət və ehtiramımı bildirirəm.

Hörmətlə,

 

Qulam İshaqzai

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi,

BMT İnkişaf Proqramının rezident nümayəndəsi,

BMT-nin Əhali Fondunun nümayəndəsi