Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri Yuri Çaxunaşvilidən

25 Dekabr 2017
Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Əziz İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi çatdırır, uzun ömür, möhkəm cansağlığı, ailə həyatında sevinc, ən başlıcası – Azərbaycanın firavanlığı naminə məsul işinizdə uğurlar və qələbələr diləyirəm.

Qoy, ölkənizin və xalqınızın rifahı naminə gündəlik mürəkkəb fəaliyyətinizdə həmkarlarınızın hərtərəfli dəstəyi həmişə Sizinlə olsun.

Əziz İlham Heydər oğlu, əmin ola bilərsiniz ki, biz – Sizin dostlarınız bizə verilən hər bir tapşırığı yerinə yetirməyə hazırıq.

İcazə verin, Sizə bir daha ən xoş diləklərimi, planlarınızın və ideyalarınızın tezliklə gerçəkləşməsi arzularımı bildirim.

Hörmətlə,

 

Yuri Çaxunaşvili

“SOCAR Energy Georgia” MMC-nin baş direktorunun müşaviri