
İmtahanlarda qayda pozuntularına yol verən 205 nəzarətçi müəllim bazadan çıxarılıb
25 Dekabr 2017
Dövlət İmtahan Mərkəzinin (DİM) bu il keçirdiyi imtahanlarda iştirak etmiş 205 nəzarətçi-müəllim müxtəlif qayda pozuntularına, köçürmə hallarına yol verdikləri üçün bazadan xaric olunub.
AZƏRTAC xəbər verir ki, bunu DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə dekabrın 25-də mərkəzin yeni veb-saytının təqdimatında deyib.
Qeyd olunub ki, nümunəvi fəaliyyətinə görə min nəzarətçi müəllimə təşəkkür elan edilib. Bundan əlavə, 15 nəzarətçi-müəllimin və beş imtahan rəhbərinin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul olunub.
M.Abbaszadə bildirib ki, nəzarətçi-müəllimlərin fəaliyyətləri hər il qəbul kampaniyasının sonunda ənənəvi olaraq təhlil edilir.