Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Doqquzuncu siniflər üzrə monitorinq aparılıb

25 Dekabr 2017
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki (BŞTİ) ümumi təhsil məktəblərinin IX sinifləri üzrə monitorinq təşkil edilib.

BŞTİ-dən AZƏRTAC-a bildiriblər ki, bu qurumun nəzdində fəaliyyət göstərən Təlimə Dəstək Mərkəzi tərəfindən monitorinqin keçirilməsinin əsas məqsədi Azərbaycan dili fənni üzrə şagirdlərin oxu və yazı bacarıqlarını yoxlamaqdır.

Dekabrın 22-də təşkil olunmuş monitorinq zamanı məktəblilərə müvafiq bilik və bacarıqlarını nümayiş etdirmək üçün 1,5 saat vaxt verilib. Şagirdlər “Fırtına” mövzusunda ifadə yazıb və mətn əsasında 15 test sualını cavablandırıblar.

Monitorinqin nəticələrinin yaxın günlərdə açıqlanması nəzərdə tutulur.