Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı haqqında Əsasnamə

24 Dekabr 2017
 

Azərbaycan Respublikasının 2017-ci il 15 dekabr tarixli Qanunu ilə təsdiq edilmişdir

 

 

Maddə 1. Təltif edilən şəxslər

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə 2018-ci il avqustun 23-dək Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində (bundan sonra - Xidmət) həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğur qazanmış zabitlər, gizirlər, çavuşlar, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları, Xidmətdə səmərəli fəaliyyət göstərən mülki işçilər, Xidmətdən ehtiyata, yaxud istefaya buraxılmış şəxslər, habelə onun fəaliyyəti ilə bağlı layiqli xidmət göstərmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin digər silahlı birləşmələrinin hərbi  qulluqçuları və başqa şəxslər təltif edilirlər.

 

Maddə 2. Təltif edən orqan

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı ilə bu Əsasnamənin 1-ci maddəsində göstərilən şəxsləri müvafiq icra hakimiyyəti orqanı təltif edir.

 

Maddə 3. Taxılma qaydası

“Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018)” Azərbaycan Respublikasının yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda “Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 20 illiyi (1993-2013)” Azərbaycan Respublikasının yubiley medalından sonra taxılır.