Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Alimlər: Süni intellekt təhlükəli bakteriyaları tanıyacaq

19 Dekabr 2017
Alimlər süni intellekt və mikroskopların pasiyentlərin 40 faizinin ölümünə səbəb olan qan infeksiyalarını aşkar edərək daha tez və dəqiq diaqnoz qoya biləcəyinə əmindirlər. Qan infeksiyalarına çox vaxt Escherichia coli, Staphylococcus və Streptococcus kimi bakteriyalar səbəb olur.

AZƏRTAC meddaily.ru saytına istinadla xəbər verir ki, ABŞ-ın Bet-İzreyel Tibb Mərkəzinin əməkdaşları tədqiqat zamanı yüksək keyfiyyətli təsvirlərin toplanması üçün yaradılmış avtomatik mikroskop və yüksək dəqiqlikli neyron şəbəkədən istifadə ediblər. Neyron şəbəkəyə nümunə üzərində bakteriyanın forması və paylanmasından asılı olaraq onun tipini tanımaq öyrədilib. Sınaqlar zamanı 100 mindən çox qan nümunəsinin təsvirinə baxılıb.

Ümumiyyətlə, sistem bakteriyaların təsvirlərini üç kateqoriyaya bölüb. Bölgünün dəqiqliyi 95 faiz təşkil edib. Alimlərin sözlərinə görə, gələcəkdə sistem diaqnozun qoyulması baxımından bütöv laboratoriyaları əvəz edə biləcək.