Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa portalı fransız tələbələrə ADA Universitetində təhsil almaq imkanları barədə məlumat verib

18 Dekabr 2017
Fransanın “Mantes Actu” portalında fransız tələbələrə ADA Universitetində təhsil almaq imkanları haqqında məlumat verilib.

Portalda yayılan yazıda fransız tələbələrin 20 faizdən çoxunun xaricdə təhsil almağa üstünlük verdiyi, Bakının onlar üçün yeni istiqamət olduğu qeyd edilir. Həmçinin ADA Universitetinin internet saytında (www.ada.edu.az) qeydiyyatdan keçməyin yolları barədə məlumat verilir.

Portal ölkəmizdə səfərdə olmuş fransız nümayəndə heyətinin Azərbaycan-Fransa Universitetində tələbə və müəllim heyəti ilə görüşünə də toxunub.

 

AZƏRTAC