Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin aqrar siyasət komitəsinin iclasında iki qanun layihəsinə baxılıb

15 Dekabr 2017
Dekabrın 15-də Milli Məclisin aqrar siyasət komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, komitə sədri Eldar İbrahimov gündəlikdəki məsələlər barədə məlumat verib.

Əvvəlcə iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsinə baxılıb.

Sonra “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə” qanun layihəsi müzakirə olunub. Dəyişikliyə görə, ümumi istifadədə olan küçələrin, meydanların, bələdiyyə yollarının və təsərrüfatdaxili yolların, parkların, bulvarların, çimərliklərin, sahillərin, keçidlərin, sututarların, stadionların, qəbiristanlıqların və idman meydançalarının altındakı torpaqlar, tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar, əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyə torpaqları xüsusi mülkiyyətə verilə bilməz.

Deputatlar qanun layihələri barədə fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.