Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Dövlət İqtisad Universitetində doktorantura təhsilində yenilik

12 Dekabr 2017
Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) doktorantura pilləsi üzrə tədris proqramı və imtahanların təşkili qaydaları hazırlanıb.

UNEC-dən AZƏRTAC-a bildirilib ki, qaydalar doktorantura təhsilinin məzmunu, elmi tədqiqat işləri, tədris mərhələlərinin müddəti və ayrı-ayrı fənlərin həcmini əhatə edir. Yeni qaydalara görə, doktorant və dissertantlar üçün ilk bir il müddətində beynəlxalq təcrübəyə uyğun tədqiqatyönümlü dərslər təşkil olunacaq.

Yeni qaydalarda doktorantların mobilliyini təmin edən göstəricilər və təhsil proqramlarının dövlətlərarası müqayisəsi və tanınması prosedurları da açıqlanıb. Bu qaydalarda həm doktoranturaya qəbul imtahanlarının, həm də doktorluq imtahanlarının təşkili və keçirilməsi üzrə müasir tələblər qeyd edilib. Tədris ili yaz və payız semestrindən ibarət olacaq.