Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclasında iki məsələyə baxılıb

08 Dekabr 2017
Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin dekabrın 8-də keçirilən iclasında iki məsələ müzakirə olunub.

AZƏRTAC xəbər verir ki, Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki birinci məsələnin Azərbaycan və Türkmənistan hökumətləri arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə qanun layihəsi olduğunu bildirib. Qeyd edilib ki, qanun layihəsi 18 maddədən ibarətdir.

Sonra “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun ikinci oxunuşda müzakirə olunub.

Müzakirələrdən sonra hər iki məsələ Milli Məclisin plenar iclasına tövsiyə edilib.