Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyəli nazir: “Azərbaycanın “Expo-2025” sərgisinə evsahibliyi etmək üçün böyük potensialı var”

08 Dekabr 2017
 

“Türkiyə Azərbaycanın “Expo-2025” sərgisinə evsahibliyi etməsində maraqlıdır və mümkün olan bütün dəstəyi verməyə hazırdır”. Bu fikri AZƏRTAC-ın xüsusi müxbirinə açıqlamasında Türkiyənin iqtisadiyyat naziri Nihad Zeybekçi bildirib.

Nazir Azərbaycanın Antalyada keçirilmiş “Expo-2016” və Astanadakı “Expo-2017” sərgilərində uğurla təmsil olunduğunu vurğulayıb. O, əminliklə bildirib ki, Azərbaycan “Expo-2025” ilə bağlı iddiasını gerçəkləşdirmək üçün böyük potensiala malikdir. Azərbaycanın bu iddiasını dəstəkləyənlər çox olacaq.