Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İraq ABŞ-a nota verib

07 Dekabr 2017
ABŞ Prezidentinin Qüds şəhərinin İsrailin paytaxtı kimi tanıması barədə qərarından sonra bu ölkənin İraqdakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb.

Bu barədə məlumat verən İraqın Xarici İşlər Nazirliyinin rəsmisi Əhməd Məhcub bildirib ki, səfirə İraq hökumətinin etiraz notası təqdim olunub.

Notada bildirilir ki, İraq Qüds şəhərinin İsrailin paytaxtı kimi tanınmasına qəti etiraz bildirir və bu addımı beynəlxalq qanunlara zidd hesab edir.

 

AZƏRTAC