Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

UEFA Çempionlar Liqasının cari mövsümünün qrup mərhələsində rekord sayda qol vurulub

07 Dekabr 2017
UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində vurulan qolların sayı bu turnirin tarixində rekord təşkil edib.

AZƏRTAC xəbər verir ki, qrup mərhələsində komandalar ümumilikdə 306 qol vurublar. Ən yaxşı nəticəni “PSJ” (25 qol), “Liverpul” (23 qol) və Madridin “Real” klubları (17 qol) göstəriblər.

Qrup mərhələsində bir oyunda ən çox qol “PSJ”-“Seltik” (7:1), “Maribor”-“Liverpul” (0:7), “Liverpul”-“Spartak” (7:0) və “Portu”-“Monako” (5:2) matçlarında qeydə alınıb.

Qeyd edək ki, Azərbaycanın futbol tarixində ilk dəfə ölkəmizi bu turnirdə təmsil edən Ağdamın “Qarabağ” klubu qrup mərhələsində 2 top vurub.