Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Putin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

07 Dekabr 2017
Rusiya dövlətinin başçısı Vladimir Putin 2018-ci ildə yeni prezident seçkilərində namizədliyini irəli sürəcəyini bildirmişdir. O, bu bəyanatla Nijni Novqorodda QAZ avtomobil zavodunun veteranları və əməkçiləri ilə görüşdə çıxış etmişdir.

Putinin hazırkı Prezident mandatının səlahiyyətləri 2018-ci il mayın 7-də bitir. Rusiya lideri zavodun əməkçilərinə müraciət edərək demişdir: “Bu barədə açıqlama vermək üçün daha yaxşı yer və daha yaxşı fürsət ola bilməzdi. Dəstəyə görə sizə təşəkkür edirəm. Mən Rusiya Federasiyasının Prezidenti vəzifəsinə namizədliyimi irəli sürəcəyəm”.

Dövlət başçısının bu sözləri alqışlarla qarşılanmışdır. “Bu reaksiyaya görə sizə “sağ ol” deyirəm. Əməyinizə, işə və ölkəyə münasibətinizə görə təşəkkür edirəm. Əminəm ki, birgə işimiz alınacaq” deyə Prezident vurğulamışdır.