Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şimali Koreya ABŞ-la müharibəni qaçılmaz hesab edir

07 Dekabr 2017
KXDR hökuməti hesab edir ki, Koreya yarımadasında müharibə qaçılmazdır. Bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyinə istinadən “İnterfaks” agentliyi xəbər verir.

Ölkənin Xarici İşlər Nazirliyindən (XİN) bildirmişlər ki, ABŞ-la Cənubi Koreyanın birgə keçirdiyi hərbi təlimlər, habelə Vaşinqtondakı məmurların səsləndirdiyi bəyanatlar KXDR-ə zərbə endirilməsinə hazırlıq aparıldığına dəlalət edir. Nazirliyin məsələ ilə bağlı bəyanatında deyilir: “Bu davakar bəyanatlar bizim tərəfimizdən xəbərdarlıq kimi qəbul olunur ki, Koreya yarımadasında müharibəyə hazırlaşmalıyıq”.

Pxenyanda həmçinin qeyd etmişlər ki, KXDR müharibə istəməsə də, savaşdan gizlənmək fikrində deyil.