Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan, Rusiya və Qazaxıstanın gəncləri arasında telekörpü keçirilib

07 Dekabr 2017
Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının (ATGTİ) təşəbbüsü ilə Azərbaycan, Rusiya və Qazaxıstanın gənclər təşkilatlarının nümayəndələri arasında üçtərəfli telekörpü keçirilib.

ATGTİ-dən AZƏRTAC-a bildiriblər ki, telekörpüdə hər üç ölkədə gənclər sahəsində həyata keçirilən layihələrdən danışılıb.

Azərbaycanlı gənclər ölkəmizdə onların fəaliyyəti üçün yaradılan əlverişli şərait barədə ətraflı məlumat veriblər. Həmçinin ATGTİ-nin həyata keçirdiyi layihələr, ölkəmizdə gənclər sahəsində təşkil olunan çoxsaylı yerli və beynəlxalq tədbirlər diqqətə çatdırılıb.

Telekörpü zamanı ölkələrimizin gənclər təşkilatları arasında əməkdaşlığın inkişafı məsələləri də müzakirə edilib.