Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qazaxıstanın energetika naziri Ulu Öndərin məzarını ziyarət edib

07 Dekabr 2017
Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir.

AZƏRTAC xəbər verir ki, nümayəndə heyəti dekabrın 7-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.