Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İran XİN: Rəsmi Tehran bundan sonra da Qüdsü Fələstinin bir hissəsi kimi tanıyacaq

07 Dekabr 2017
ABŞ-ın Qüdsü İsrailin paytaxtı kimi tanıması və səfirliyini Təl-Əvivdən bu şəhərə köçürməsi qərarı təxribatdan başqa bir şey deyil.

Bu fikir İranın Xarici İşlər Nazirliyinin bu gün yaydığı bəyanatda yer alıb.

Nazirliyin bəyanatında bildirilir ki, rəsmi Tehran bundan sonra da Qüdsü Fələstinin bir hissəsi kimi tanıyacaq. Bəyanatda deyilir: “ABŞ bütün beynəlxalq qanunlara və normativ aktlara əhəmiyyət verməyərək Qüdsü İsrailin paytaxtı kimi tanıdı. Bu addımı ilə ABŞ bir daha göstərdi ki, Yaxın Şərqdə sabitliyin yaranmasını istəmir. Bu addım yeni münaqişələrin başlamasına təhrikdir”.

İran bütün beynəlxalq təşkilatlara müraciət edərək bölgədə sülh və sabitlik naminə ABŞ-a təsir göstərməyə çağırıb.

 

AZƏRTAC