Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vəkillər Kollegiyasının yeni sədri seçilib

07 Dekabr 2017
Anar Bağırov Vəkillər Kollegiyasının Rəyasət Heyətinin sədri seçilib.

AZƏRTAC xəbər verir ki, A.Bağırov bu vəzifəyə Azərbaycan Respublikası Vəkillər Kollegiyası üzvlərinin dekabrın 7-də keçirilən konfransında səsvermə nəticəsində seçilib. Bundan başqa, konfransda sədr müavinləri də müəyyənləşib.

Qeyd edək ki, Vəkillər Kollegiyasının əvvəlki sədri Azər Tağıyev səhhəti ilə əlaqədar vəzifəsindən istefa vermişdi. Onun səlahiyyətlərini sədr müavini Fərhad Nəcəfov icra edirdi.