Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib

07 Dekabr 2017
İqtisadiyyat Nazirliyində Strateji Yol Xəritəsi üzrə tədbirlərin icrası müzakirə edilib.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, qurumun əlaqələndiricisi olduğu "Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafına dair Strateji Yol Xəritəsi"nin icra vəziyyətinin müzakirəsi ilə bağlı növbəti iclas keçirilib. İclasda İqtisadiyyat Nazirliyinin əsas icraçı olduğu tədbirlər üzrə məsul icraçı və əlaqələndirici struktur bölmələrin nümayəndələrinin iştirakı ilə qeyd olunan Strateji Yol Xəritəsi üzrə tədbirlərin icra vəziyyəti müzakirə edilib. Əvvəlki iclaslarda tədbirlərlə bağlı verilmiş tapşırıq və tövsiyələrin icrası barədə hesabat məruzələri dinlənilib.

İclasda görüləcək işlərə və gözlənilən nəticələrə dair fikir mübadiləsi aparılıb, tədbirlərin tam və vaxtında icrasına dair aidiyyəti struktur bölmələrə müvafiq tövsiyələr verilib.