Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vladimir Putin növbəti prezident seçkilərində namizədliyini irəli sürəcək

06 Dekabr 2017
Vladimir Putin 2018-ci ildə Rusiyada keçiriləcək prezident seçkilərində yeni müddətə namizədliyini irəli sürəcək.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiyanın dövlət başçısı bunu Qorki Avtomobil Zavodunun veteranları və kollektivi ilə görüşündə bəyan edib.

“Bəli, mən Rusiya Federasiyasının prezidenti postuna namizədliyimi irəli sürəcəyəm”, - deyə Putin bildirib.

Vladimir Putinin səlahiyyət müddəti 2018-ci il mayın 7-də başa çatır. 2018-ci ildə o, dördüncü dəfə seçkiqabağı kampaniyada prezidentliyə namizəd kimi iştirak edəcək. Seçkilərdə qalib gəldiyi təqdirdə daha altı il – 2018-ci ildən 2024-cü ilədək dövlət başçısı postunu tutacaq.

Putin ilk dəfə 2000-ci ildə dörd illik müddətə Rusiya Prezidenti seçilmişdi.