Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaxınlaşan ölümün daha bir əlamətini müəyyən edilib

05 Dekabr 2017
İngiltərənin Ekseter Universitetinin tibb məktəbinin alimləri yaşlı insanlarda ölümdən 14-18 il əvvəl arterial təzyiqin aşağı düşdüyünü müəyyən ediblər.

AZƏRTAC “Rossiyskaya qazeta” saytına istinadən xəbər verir ki, bu nəticə 60 və daha yuxarı yaşda vəfat etmiş 46 min Böyük Britaniya vətəndaşı haqqında məlumatlarının tədqiqi zamanı əldə olunub. Vəfat etmiş bu insanlar arasında sağlamlığından heç bir şikayəti olmayanlarla yanaşı, ürək-damar xəstəlikləri, demensiya, yüksək təzyiqdən əziyyət çəkənlər də olub.

Müxtəlif təbəqələrdən olan bu insanların hər birində ölümündən təxminən 14 il əvvəl tədricən qan təzyiqinin aşağı düşməsi faktı alimlərin təəccübünə səbəb olub.

Tədqiqatçıların fikrincə alınan nəticələr tibb işçilərinə “yaşlı insanlarda qan təzyiqinin aşağı düşməsinin nəyə işarə etdiyini” anlamağa və müalicə üsulunun düzgün seçilməsinə kömək edəcək.