Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qarabağ”dan ardıcıl beşinci qış çempionluğu

05 Dekabr 2017
Futbol üzrə Azərbaycan Premyer Liqasının 2017-2018-ci il mövsümünün qış çempionu müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, ilk yarının son turunda “Neftçi”ni 1:0 hesabı ilə məğlub edən “Qarabağ” 2017-ci ili zirvədə başa vurub. Ağdam təmsilçisinin “Səbail”lə təxirə salınan oyunu qalsa da, 34 xal toplayan Qurban Qurbanovun yetirmələri qış fasiləsinə hamıdan öndə yollanıb. Bu, “Qarabağ”ın ardıcıl beşinci, ümumilikdə altıncı qış çempionluğudur. Ağdam təmsilçisi liderliyini sonadək qoruya bilmədiyi 2004/2005-ci il mövsümündə, həmçinin sonda qızıl medallar qazandığı 2013/2014-cü, 2014-2015-ci, 2015-2016-cı və 2016-2017-ci mövsümlərində də qış fasiləsinədək olan bölümü birinci pillədə başa vurub.

Qeyd edək ki, payız-yaz sistemi üzrə keçirilən 24 mövsümdə “Neftçi” 7, “Qarabağ” 6, “Kəpəz” və “Keşlə” hərəyə 3, “Xəzri”, “Şəmkir”, “Karvan”, “Şüvəlan” və “Xəzər-Lənkəran” bir dəfə fasiləyə lider kimi yollanıb.