Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Qəbələ” Azərbaycan Premyer Liqasında II dövrənin ən yaxşı klubu olub

05 Dekabr 2017
Futbol üzrə Azərbaycan Premyer Liqasında II dövrəyə yekun vurulub.

AZƏRTAC Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, dövrənin 7 turunda keçirilən 28 qarşılaşmada 73 qol vurulub. Orta məhsuldarlıq 2,61-ə bərabər olub.

Yalnız bir heç-heçənin qeydə alındığı dövrənin ən yaxşısı “Qəbələ”dir. “Qarabağ”la eyni – 18 xal toplayan “qırmızı-qaralar” həm şəxsi oyun, həm top fərqində son 7 turda hamıdan öndə qərarlaşıblar.

“Qəbələ” 18 qolla məhsuldarlıqda, 3 top buraxan “Qarabağ” müdafiənin etibarlılığında fərqlənib. “Zirə” dövrənin 3-cüsü, “Neftçi” 4-cüsü olub. İkinci dövrədə keçirdiyi bütün oyunlarda uduzan “Keşlə” bu 7 matçda xal qazanmayan yeganə komandadır.

Qeyd edək ki, “Qarabağ” 16 xalla 6 oyun keçirdiyi I dövrənin qalibi olub.