Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misirin media nümayəndələri Bakı Dövlət Universitetində olublar

30 Noyabr 2017
Misir Ərəb Respublikasının Bakıda keçirilən "İslam həmrəyliyinin güclənməsində medianın rolu" mövzusunda konfransda iştirak etmək üçün ölkəmizə gəlmiş media nümayəndələri Bakı Dövlət Universitetində (BDU) olublar.

AZƏRTAC xəbər verir ki, BDU-nun rektoru, professor Abel Məhərrəmov Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2017-ci ilin "İslam Həmrəyliyii İli” elan edilməsinin tarixi hadisə olduğunu bildirib. Rektor “İslam Həmrəyliyii İli” çərçivəsində ölkədə, eləcə də BDU-da keçirilən tədbirlərdən bəhs edib.

Görüşdə hər iki ölkə jurnalistləri arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması, birgə layihələrin, konfransların keçirilməsi məsələləri müzakirə olunub.

Sonra qonaqlar jurnalistika və şərqşünaslıq fakültələrində olublar.