Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təşəbbüskar polis

30 Noyabr 2017
 

Əslinə qalsa, təbiəti sevmək, ona qayğı göstərmək hər kəsin vətəndaşlıq borcudur. Çünki biz özümüz də təbiətin bir parçasıyıq və ondan faydalanaraq yaşayırıq: havasını udur, suyunu içir, qoynunda yetişdirdiyi nemətlərlə qidalanırıq. Elə insanlar var ki, çox vaxt qarşısına “ana” yazdığımız təbiəti göz bəbəyi kimi qoruyur, ona qayğı göstərir. Belələrindən biri Elman Əliyevdir.

Hamı xeyirdə-şərdə, keçirilən müxtəlif tədbirlərdə onun gördüyü xeyirxah işdən, təbiətə olan xoş münasibətindən danışır. O, yaşadığı məhəllənin Kür çayı sahili hissəsində təmizlik işləri gördürərək  səliqə-sahman yaratmış, uzunluğu 150, eni 50 metr olan zolaqda  cərgə ilə 150 ədəd xan çinarı, qovaq ağacları əkdirib. Ağacları sulamaq üçün çayın sahilinə nasos qoydurub.

Qızmar yay aylarında, demək olar ki, hər gün həmin ağacları sulayır. Elman Əliyev polis mayorudur, rayon polis şöbəsində çalışır. Ağacların əkinində, suvarılmasında, eləcə də qulluğunda - diblərinin yumşaldılmasında,  mövsümi budanmasında özü də iştirak edir.  Qayğı və qulluq nəticəsində 2011-ci ildən salınan bu yaşıllıq zolağında əkilən ağaclar artıq kifayət qədər böyüyüb. Ərazi parkı xatırladır. Yayın isti günlərində ətrafda yaşayan əhali buraya gəlib istirahət edir, asudə vaxtlarını səmərəli keçirirlər. Bunları gördükcə insanın qəlbində xoş hisslər oyanır. Kaş, hər kəs təbiəti, yaşıllığı belə sevəydi, ona belə qayğı göstərəydi.

 

Mirpaşa HƏSƏNOV,

Salyan şəhər sakini